Xəbər lenti

Yadigar Sadıqovun Hüquqlarını Müdafiə Komitəsi bəyanat verdi
Ölkə18:30 18.12.2013

Yadigar Sadıqovun Hüquqlarını Müdafiə Komitəsi bəyanat verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dekabrın 18-də Yadigar Sadıqovun Hüquqlarını Müdafiə Komitəsi həbsdə olan Müsavat Partiyası Başqanının Müşaviri ilə bağlı bəyanat verib.
Müdafiə Komitəsindən musavat.com-a daxil olan məlumata görə, bəyanatda deyilir: Müsavat Partiyası Başqanının Müşaviri Yadigar Sadıqov istintaq zamanı onu şərləyən Rəşid Kərimov və digər saxta şahidlərlə aparılmış video üzləşmənin müstəntiq Nizami Məhərrəmov tərəfindən məhv edilməsi ilə əlaqədar olaraq, Daxili İşlər Naziri R.Usubova müstəntiq N. Məhərrəmovun məsuliyyətə cəlb edilməsi üçün şikayət ərizəsi yazıb.
Müdafiə Komitəsi bu saxtakarlığı Yadigar Sadəqova qarşı törədilmiş növbəti cinayət hadisəsi kimi qiymətləndirir və Daxili İşlər Nazirliyindən  müstəntiqin məsuliyyətə cəlb edilməsini tələb edir.
Müdafiə Komitəsi  Yadigar Sadıqovun Məhkəmə prosesinin bütün iclaslarını izləyir. Müşahidələrimiz göstərir ki, Y.Sadıqov haqda qaldırılmış cinayət işi tamamilə saxta və uydurmadan ibarətdir. Ittiham tərəfinin şahidlərinin və “zərərkəçən”in məhkəmə ifadələri istintaqdakı ifadələri ilə uygun gəlmir. Ümumiyyətlə nə istintaq aktı, nə də məhkəmə istintaqı Y.Sadiqovun  xuliqanlıq törətdiyinə dair heç bir sübut təqdim etmir. Üstəlik istintaq zamanı aparılmış video üzləşdirmənin məhv edilməsi istintaq aktının ən vacib materialının məqsədli şəkildə “yoxa çıxarılması”dır ki, bu hərəkəti ilə ittiham tərəfi  cinayət işini  yerli və mərkəzi hakimiyyətin siyasi sifarişi əsasında qaldırdığını, qanunsuz məhkəmə qərarı ilə onu həbs etdiyini və indi də hüquqdan və ədalətdən uzaq “məhkəmə komediyası”ilə eyni qanunsuzlugu  davam etdirməklə  həmin sifarişi icra etdiyini bir daha sübut edərək, Y.Sadıqova qarşı qaldırılmış cinayət işinin “rejimin Y.Sadıqovu şərləmə əməlıiyyatı” olduguna hər kəsdə qəti əminlik yaratmışdır.
Qaynar.info