
Müsavat başqanının müşaviri, hazırda həbsdə olan Yadigar Sadıqov tərəfindən döyüldüyünü iddia edərək şikayət edən Rəşid Kərimov bağlı daha bir iddia ortaya çıxıb.
Belə ki, onun ötən gün rayon mərkəzi xəstəxanada xəstələrin üzərinə bıçaqla hücum çəkdiyi bildirilir.
Qaynar.info xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Məlumatda bildirilir: "Yadigar bəyi şərləmək üçün "seçilmiş zərərçəkmiş" Rəşid Kərimov özünün xəstə olduğunu deyir, yazıq kimi qələmə verir, amma dünən Lənkəran Şəhər xəstəxanasında xəstələrin üstünə bıçaq çəkib və bu zaman şahidlərdən birinin qorxudan ürəyi də gedib".
Məsələ ilə bağlı Lənkəran rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ağabala Kəlbiyevlə əlaqə saxladıq. O, Qaynar.info-ya açıqlamasında məlumatı təkzib edib: "O, Qarabağ əlilidir. Ona kim nə deyə bilər".
Qaynar.info

