İyun ayının sonlarında Müsavat başqanının Lənkəranda həbs edilmiş müşaviri Yadigar Sadıqovun işində əsas və real şahidlərdən biri olan Fikrət Əhmədov polisə çağrılıb və artıq ondan heç bir məlumat yoxdur.Bu barədə F. Əhmədovun ailə üzvləri Müsavat Partiyası Masallı rayon təşkilatının sədri Xasay Səfəroğluna məlumat veriblər.
X.Səfəroğlunun musavat.com-a veridiyi məlumata görə, bu gün səhər polislər Fikrət Əhmədovun evinə gəliblər, ancaq o, evdə olmayıb, daha sonra onun mobil telefonuna zəng edərək polis şöbəsinə çağırıblar və o şöbəyə gedib, ancaq şöbəyə daxil olduqdan sonra onun telefonuna zəng çatmayıb.
X.Səfəroğlunun fikrincə, F. Əhmədov polisə dəvət edilməsi mütləq Yadigar Sadıqovun işiylə ağlıdır. Çünki onun istintaqa verdiyi ifadə Yadigar Sadıqova cəza kəsmək istəyən hakimiyyətin işinə yaramır, bu səbəbdən F.Əhmədova təzyiq edərək, onun ifadəsinin dəyişdirilməsinə çalışacaqları ehtimal edilir.
Qaynar.info