Xəbər lenti

Yağış yağacaq, dolu düşəcək, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Ölkə09:10 23.06.2024

Yağış yağacaq, dolu düşəcək, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İyunun 24-25-də əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Qaynarinfo xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin hava şəraiti ilə xəbərdarlığında deyilir.
Ayrı-ayrı yerlərdə (Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Naxçıvan MR, Lənkəran-Astara) yağıntıların qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın və Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.