Xəbər lenti

Yağış yağacaq, güclü külək əsəcək, çaylardan sel keçəcək (YENİLƏNİB)
Ölkə12:40 13.05.2022

Yağış yağacaq, güclü külək əsəcək, çaylardan sel keçəcək (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda və Abşeron yarımadasında mayın 14-ü gün ərzində cənub-qərb küləyinin arabir 18-23 m/s-dək güclənəcəyi gözlənilir.
Qaynarinfo-nun məlumatına görə, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib.
Qeyd olunub ki, Azərbaycanın rayonlarında mayın 15-i axşam qərb rayonlarından başlayaraq 17-si gündüzədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.
16.44
"Respublikanın rayonlarında qeyri-sabit hava şəraiti gözlənilir".
Qaynarinfo xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
O, bildirib ki, sabah gündüz saatlarında hava yağmursuz keçəcək, cənub küləyinin sürəti artaraq 15-18 m təşkli edəcək:
"Mayın 16-sı və 17-də havanın qısa müddətdə yenidən dəyişməsi proqnozlaşdırılır. Respublikanın rayonlarında qeyr-sabit hava şəraiti gözlənilir".