Xəbər lenti

Yağış Qəbələdə evləri su altında qoydu
Ölkə11:00 10.06.2015

Yağış Qəbələdə evləri su altında qoydu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yağan güclü yağışlar Qəbələ rayonunun bəzi kəndlərində yaşayış evlərinin həyətyanı sahələrinin su altında qalmasına səbəb olub.

"Report" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb regional mərkəzindən daxil olan məlumata əsasən, iyunun 7-də yağan yağışlar səbəbindən Tikanlı, Qaraçay və Həmzəli çaylarında suyun səviyyəsi qısamüddətli artıb. Nəticədə Qəbələ rayonunun Qəmərvan, Tikanlı, Mirzəbəyli, Xırdatala, İmamlı kəndlərində və Bum qəsəbəsində bəzi fərdi yaşayış evlərinin həyətyanı sahələrini su basıb.

Su basan ərazilərə FHN-nin Regional Mərkəzinin xilasediciləri və müvafiq texnikası cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

Görülən tədbirlər nəticəsində fərdi yaşayış evlərinin zirzəmisinə yığılmış su və lil təmizlənib.

Qaynar.info