Xəbər lenti

Yağış yağacaq, külək əsəcək
Ölkə08:28 09.05.2015

Yağış yağacaq, külək əsəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sabah Bakıda və Abşeron yarımadasında yağış yağacaq.

Qaynar.ino-nun Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında mayın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı, şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 8-13, gündüz 16-21 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 754 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-80, gündüz 50-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında mayın 10-da bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 11-16, gündüz 21-26, dağlarda gecə 4-9, gündüz 12-17 dərəcə isti olacaq.

Bakıda və Abşeron yarımadasında mayın 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 8-13, gündüz 15-20 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında mayın 11-də bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-13, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 11-16 dərəcə isti olacaq.

Qaynar.info