Xəbər lenti

Yağış yağacaq, şimşək çaxacaq - Hava xəbərdarlığı
Ölkə08:07 21.04.2016

Yağış yağacaq, şimşək çaxacaq - Hava xəbərdarlığı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynarinfo.az-a verilən məlumata görə, aprelin 21-də paytaxt və yarımadada güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.

Gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Havanın temperaturu Abşeron yarımadasında gecə 9-12, gündüz 14-16, Bakıda gecə 9-11, gündüz 15 dərəcəyədək isti olacaq.

Sabah Azərbaycan rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə sulu qara keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 7-12, gündüz 14-19, dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti olacaq.

Qaynarinfo.az