Xəbər lenti

Yağışdan sonra işıqla bağlı vəziyyət necədir?
Ölkə08:02 09.08.2019

Yağışdan sonra işıqla bağlı vəziyyət necədir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Hazırda elektrik enerjisinin verilməsi ilə bağlı heç bir problem yoxdur”. 
Qaynarinfo xəbər verir ki, bu barədə "Qafqazinfo”ya məlumatı "Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev verib. 
Onun sözlərinə görə, görülən qabaqlayıcı tədbirlərlə bağlı Ceyranbatan qəsəbəsi ətrafında və bağlar adlanan sahədə elektrik enerjisinin verilməsində 20-30 dəqiqəlik qısa fasilə yaranmışdı. Hazırda bərpa olunub, paytaxt və ətraf kəndlərdə işıq bərpa olunub:
"Regionlarda, ümumiyyətlə, problem yoxdur. Güclü şimşək çaxırdı. Çox şükür, bizim şəbəkəmizdə ildırım vuran transformator və ya elektrik dirəkləri olmadı”.