Xəbər lenti

Yanan binadan köç başladı -FOTOLAR
Ölkə07:18 20.05.2015

Yanan binadan köç başladı -FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ötən gün güclü yanğın baş verən binanın sakinlərinin bəziləri gecəni səhərə qədəb küçədə keçiriblər. 

Anspress-in məlumatına görə, bu barədə bina sakinəri bildiriblər. Bəzi sakinlər isə qohumlarının və yaxınların evlərində gecələyiblər.

Hazırda isə bina sakinləri polis nəzarəti altında yanmamış əşyalarını daşıyırdılar. Sakinlər onlara məxsus bütün sənədlərin evdə qaldığını açıqlayıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev bu gün Binəqədi rayonunda ötən gün yanğın baş vermiş Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasına baxıb, son vəziyyətlə yaxından tanış olub. Daha sonra Bakı meri Hacıbala Abutalıbov və Binəqədi icra başçısı Xaləddin İsgəndərov yanan binaya yenidən baş çəkiblər.

Qaynar.info