
Sahil Ticarət Mərkəzinin baş verən yanğının əhatə dairəsi daha da genişlənib.
Qaynar.info SİA-ya istinadən xəbər verir ki, hazırda yanğının digər yuxarı mərtəbələrə keçməsinin qarşısı alınır. Hadisə nəticəsində daha 3 nəfər uşağın yanğından xilas edilməsinə çalışılır.
Yanğın güclü olduğundan FHN-nin 10 yanğınsöndürmə maşını hadisə yerinə cəlb olunub. Hələlik xəsarət alanlar barəsində rəsmi məlumat verilməyib.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, artıq Sahil stansiyasına giriş də məhdudlaşdırılıb.
***
Trend-in verdiyi xəbərə görə, artıq yanğın lokallaşdırılıb.