Xəbər lenti

Yanğın zamanı ölən insanlardan 6-sı dəfn edildi - SİYAHI
Ölkə07:59 20.05.2015

Yanğın zamanı ölən insanlardan 6-sı dəfn edildi - SİYAHI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı şəhərinin Binəqədi rayonunda 200/36 saylı binada baş verən yanğın zamanı həlak olan şəxslərdən 6 nəfəri dəfn edilib. 

Bu barədə “Report”a Binəqədi rayon İcra Hakimiyyətindən məlumat verilib.

Belə ki, Ömər Cavadov (2014-cü il təvəllüdlü), Yaşar Nəcəfzadə (1988), Ayxan Hüseynov (2013), Davud Eyvazov (1999), Ülkər Eyvazova (1995) və Zülfiyyə Şirinovadır (1972).

Digər 9 nəfər bu gün və sabah dəfn ediləcək. Qeyd edək ki, hadisə nəticəsində 15 nəfər ölüb. 

Qaynar.info