Xəbər lenti

Yanğında ölənlərin sayı 16-ya çatdı - RƏSMİ
Ölkə10:47 19.05.2015

Yanğında ölənlərin sayı 16-ya çatdı - RƏSMİ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

15:45

Binəqədi rayonunda yaşayış binasında baş verən yanğında ölənlərin sayı artıb. Bu barədə "Report"a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib.

O deyib ki, ölənlərin sayı 16 nəfərə çatıb, xəsarət alanlar isə 63 nəfərdir. 

15:22

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən anspress-ə verilən məlumata görə, ölənlərin sayı 15-ə çatıb.

14:37

Bakı şəhərinin Binəqədi rayonunda yaşayış binasında baş verən yanğında ölənlərin sayı artıb. 

Bu barədə "Report"a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib.

O deyib ki, hadisə zamanı ölənlərin sayı 13 nəfərə çatıb,  xəsarət alanlar isə 61 nəfərdir. Onlardan 10 nəfərə hadisə yerində yardım göstərilib: : "Hazırda ölənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır". 

14:21

Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Liliya Bayramova virtualaz.org saytına açıqlamasında ölənlərin sayının artı 7-yə çatdığını deyib. 

Onun sözlərinə görə, həmin şəxs Respublika Toksikologiya Mərkəzinə çatdırılan həmin şəxs qatı tüstüdən zəhərlənibmiş. Azyaşlı bir neçə dəqiqə əvvəl xəstəxanada keçinib.

L.Bayramova onu da bildirdi ki, daha 17 nəfər Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib. Onların vəziyyəti orta-ağırdır. Daha bir nəfər isə Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Onun vəziyyəti haqda məlumat yoxdur. Daha 3 nəfər isə Travmatologiya Mərkəzinə yerləşdirilib. 

Bakıda binada yanğın baş verməsi nəticəsində iki nəfər ölüb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya bildirib ki, ölənlərdən biri qorxudan özünü binadan atan şəxs, digəri isə azyaşlıdır.

Azyaşlı tüstüdən boğularaq ölüb.

Ölənlərin kimliyi dəqiqləşdirilir. Hadisə nəticəsində xəsarət alanların sayı isə 15-i ötüb.

Qeyd edək ki, hadisə Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında qeydə alınıb. Yaşayış binasında baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Qaynar.info