Xəbər lenti

Yanmış gözətçinin meyitində bıçaq xəsarəti aşkarlandı
Ölkə13:11 25.01.2014

Yanmış gözətçinin meyitində bıçaq xəsarəti aşkarlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı şəhərində yanmış meyiti tapılan gözətçinin üzərində bıçaq xəsarəti aşkar edilib. 

Qaynar.info-nun Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanvarın 24-də saat 07.00 radələrində Bakının Nərimanov rayonunda, Ağa Neymətulla küçəsindəki avtodayanacağın gözətçi otağında yanğın baş verib. 

Yanğın söndürüldükdən sonra oranın gözətçisi Mikayıl Əsədovun üzərində bıçaq xəsarətləri olan yanmış meyiti tapılıb.

Nərimanov Rayon Polis İdarəsi  tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Qaynar.info