Xəbər lenti

Yanukoviç erməni biznesmenin evini aldı
Ölkə07:07 17.03.2014

Yanukoviç erməni biznesmenin evini aldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ukrayna prezidentinin yeni evinin qiymətinin 52 milyon dollar olduğu bildirilir

Ukraynanın sabiq prezidenti özünə Rusiyada yeni ev alıb. Anspressin məlumatına görə, bu barədə Ukrayna mətbuatı yazır. Məlumata görə, "Mayendorf bağları" adlanan yerdə yerləşən evin qiyməti 52 milyon dollardır. Evin əvvəlki sahibinin erməni əsilli rus biznesmen olduğu deyilir. 

Evin ərazisi 2822,8 м2-dir. Villanın ətrafındsakı bağın az qala 2 hektara çatdığı deyilir. Qeyd edək ki, Viktor Yanukoviç 2010-cu ildə Ukrayna prezidenti seçilib. Kiyevdə Evromaydan aksiyalarından sonra vəzifəsini buraxaraq Rusiyaya qaçmışdı. Bunadək Viktor Yanukoviç iki dəfə Ukraynada baş nazir olub.

Qaynar.info