
Ukraynanın cənub-şərq bölgəsi deputatlarının konqresində iştirak etmək üçün dünən gecə Kievdən Xarkova gedən prezident Viktor Yanukoviçin Xarkov hava limanında eniş etmədiyi məlum olub.
"Qafqazinfo” xəbər verir ki, bəzi Ukrayna KİV-ləri prezident təyyarəsinin fevralın 22-si, saat 04:30 radələrində Birləşmiş Ərəb Əmirliyinin Fuceyra beynəlxalq hava limanında endiyini yazıb.
Xatırladaq ki, Yanukoviçin Kievdən Xarkova uçması barədə ABŞ dövlət departamentinin adı açıqlanmayan mənbəsi məlumat vermişdi.
Qaynar.info