Xəbər lenti

Yanvar üzrə pensiyaların ödənişi nə vaxt təmin ediləcək?
Ölkə15:17 14.01.2019

Yanvar üzrə pensiyaların ödənişi nə vaxt təmin ediləcək?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ümumilikdə ölkəmizdə bütün aylar üzrə pensiyaların ödənişi müvafiq qrafik əsasında vaxtlı vaxtında ödənilir”.
Bu barədə "Qafqazinfo”ya açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov bildirib. 
Qurum rəsmisi qeyd edib ki, hər il olduğu kimi cari ilin yanvar ayında da yeni büdcə ilinin başlanması ilə əlaqədar xərclər smetasının bölüşdürülməsi prosesi aparılır: "Texniki xarakter daşıyan bu proses yekunlaşmaq üzrədir və pensiyaların maliyyələşdirilməsi yaxın bir neçə gündə təmin olunacaq. Məlumat üçün deyim ki, hər ayın pensiyası elə həmin ay ərzində ödənilir və hazırki yanvar ayının pensiyaları da elə bu ay ərzində tam ödəniləcək”.