Xəbər lenti

Yanvarın 6-7-də Bakı və Abşeronda gözlənilən hava şəraiti açıqlandı
Ölkə13:48 04.01.2022

Yanvarın 6-7-də Bakı və Abşeronda gözlənilən hava şəraiti açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yanvarın 6-7-də Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Qaynarinfo-ya bildirilib ki, Bakıda və Abşeron yarımadasında havanın yanvarın 6-da dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-11° isti olacaq.
Yanvarın 7-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 4-6° isti, gündüz 9-11° isti olacaq.