
“Prezident seçkiləri zamanı dövlət başçısının ünvanına səslənən təhqiramiz ifadələrə yaxın zamanlarda hüquqi qiymət veriləcək”.
Bunu AzNews.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.
O xatırladıb ki, seçki prosesi zamanı prezident İlham Əliyevin ünvanına geniş auditoriyada müxalifətdə olan bəzi partiyaların, o cümlədən Demokratik Qüvvələrin Milli Şurasının namizədi Cəmil Həsənli tərəfindən təhqiramiz sözlər səslənib.
S. Novruzov qeyd edib ki, bu məsələyə hüquqi qiymətin verilməsi ilə bağlı proses gedir və zəruri bilindiyi vaxt ictimaiyyətə məlumat veriləcək.
Qaynar.info