Xəbər lenti

YAP-dan məmurlara mesaj - Həbslər davam edəcək
Ölkə09:47 08.06.2020

YAP-dan məmurlara mesaj - Həbslər davam edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Millət vəkili Siyavuş Novruzov icra başçılarının işlərinin araşdırıldığını bildirib.
Qaynarinfo xəbər verir ki, unikal.org-a açıqlama verən S.Novruzov digər başçıların da arxayınlaşmamalı olduğunu diqqətə çatdırıb:
"Təbii ki, araşdırma gedir. Harada ki, dəqiq məlumatlar var onlarla bağlı ölçü götürüləcək. Heç kəs arxayınlaşmasın. Bu uzun proses olacaq. Məmurlar rüşvətə, korrupsiyaya yuvarlanmamalı, xalqa ləyaqətlə xidmət etməlidirlər".