Xəbər lenti

YAP-dan Tolikə diplom
Ölkə13:30 02.06.2015

YAP-dan Tolikə diplom

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın məşhur prodüseri və təşkilatçısı Tolik (Əliyev Tarix) YAP (Yeni Azərbaycan Partiyası) tərəfindən təltif edilib. 

"Qafqazinfo" anspress-ə istinadən xəbər verir ki, şou-biznes nümayəndəsi YAP Xətai rayon təşkilatı Gənclər Birliyi Tolikə diplom verib.

Diplomda Tarix Əliyevin YAP Xətai rayon təşkilatı Gənclər Birliyi IV konfransında təşkilati işlərdə fəal işlərinə görə təltif edildiyi yazılıb. 

Prodüser təltif olunmsına belə münasibət bildirib: "2004-ci ildən YAP-ın Xətai rayon təşkilatının üzvüyəm. Çox sevinirəm ki, bu gün 250.000 min gəncin birləşdiyi təşkilatın tədbirində az da olsa əməyim olub. Çox sağ olsunlar ki, əməyimə qiymət veriblər".

Qaynar.info