Xəbər lenti

YAP Əsabil Qasımovdan imtina etdi
Ölkə10:10 26.08.2015

YAP Əsabil Qasımovdan imtina etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yeni Azərbaycan Partiyası (YAP) millət vəkilliynə namizədlərinin siyahınısı hələ açıqlamayıb. Buna baхmayaraq, hakim partiyanın namizədləri ilə bağlı bəzi məlumatlar yayılmağa başlayıb.
Artıq YAP-ın bu seçkidə namizədliyini irəli sürməyəcəyi deputatlardan birinin kimliyi müəyyənləşib. Qaynar.info-nun əldə etdiyi məlumata görə, partiya Əsabil Qasımovun namizədliyini dəstəkləməyəcək.
Bunun müхtəlif səbəbləri var. Bunlardan biri Əsabil Qasımovun passiv fəaliyyətidir ki, bu da YAP rəhbərliyini razı salmır. İkinci səbəb onun son dövrlər adının müхtəlif qalmaqallara qarışması, hətta Qarabağ əlili Rövşən Hacızadəni həbs etdirərək 12 il cəza almasına səbəb olmasıdır. Böyük biznes şəbəkəsinə sahib "Karat Holding"in sahibinin tez-tez mətbuat səhifələrində adının hallanması hakimiyyətin müхtəlif dairələrini narazı salıb. Bu səbəbdən də onun qarşıdakı seçkidə YAP-ın siyahısından kənarlaşdırılmasına qərar verilib.
Qeyd edək ki, Əsabil Qasımovun sahibi olduğu "Karat Holding"in tərkibinə "Karat" MTK, "İdeal" MMC, "Azinvest", "İzmir" MMC (tikinti şirkətləri), “Everest-M”, “Şin Servis” (armatur alğı-satqısı), “Karmen” MMC (dəyirman və un alqı-satqısı), Hökməlidə makaron fabriki, Hökməlidə kisə fabriki, “ASTEL” MMC (Məhəmmədi, Mehdiabad və Şamaxıda quşçuluq fabrikləri), taxıl anbarları və dəyirman kompleksləri (Şəkidə, Kürdəmirdə, Marneulidə və Gürcüstanın müxtəlif bölgələrində), “Gəncə Fatoğlu” (un dəyirmanı), Bakı şəhəri, Zərifə Əliyeva küçəsində 18 mərtəbəli iki “Marina Plaza” oteli, Zərifə Əliyeva küçəsində iki mərtəbəli restoran, Bakı şəhəri, Səməd Vurğun küçəsində “Ağ saray” binası, Bakı şəhəri, Xan Şuşinski küçəsi 12, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi 21 və Süleyman Rüstəm küçəsi 61-də yerləşən 18 mərtəbəli dörd bina, İzmir küçəsi 7A və 7B-də yerləşən 19 mərtəbəli iki bina, Zərifə Əliyeva küçəsi 53-də yerləşən 23 mərtəbəli bir bina, Süleyman Rüstəm küçəsi 61-də yerləşən “Premium Market” və s. daxildir.
Onu da xatırladaq ki, Əsabil Qasımov 79 saylı İmişli seçki dairəsindən deputat seçilib. 
Qaynar.info