Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri Kamil Səfər oğlu Mirzəyev vəfat edib.
Qaynarinfo qafqazinfo-ya istinadən xəbər verir ki, o, bir müddət koronavirusdan müalicə aldığı xəstəxanada bu gün dünyasını dəyişib.
Qeyd edək ki, Kamil Mirzəyev eyni zamanda "Cənubi Muğan” Kanalı İstismar idarəsinin rəisi idi.