Xəbər lenti

Yaponiya, Cənubi Koreya, Çin razılığa gəldi - Bəs Pxenyanla bağlı mövqe necə olacaq?
Dünya 14:41 27.05.2024

Yaponiya, Cənubi Koreya, Çin razılığa gəldi - Bəs Pxenyanla bağlı mövqe necə olacaq?

Bazar ertəsi, mayın 27-də Yaponiya, Cənubi Koreya və Çin üçtərəfli sammitdə insanlar arasında mübadilə və iqtisadi əməkdaşlıq kimi geniş sahələrdə birgə işləmək barədə razılığa gəliblər.

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” məlumat yayıb.

Yaponiyanın baş naziri Fumio Kişida, Cənubi Koreya prezidenti Yun Sok Yol və Çinin baş naziri Li Tsian altı sahəni - iqtisadiyyat və ticarət, elm və texnologiya, insanlar arasında mübadilə, səhiyyə və əhalinin qocalmasını əhatə edən birgə bəyanatla çıxış edəcəklər.

Qeyd edilir ki, bu, Şimali Koreyadan gələn nüvə və raket təhdidləri fonunda regional təhlükəsizliyin pisləşməsi kontekstində baş verir. Hazırda diqqət üç liderin Çinlə iqtisadi və hərbi əlaqələrini gücləndirən Pxenyanla bağlı vahid mövqe nümayiş etdirib-etdirməyəcəyinə yönəlib. 

Bundan əvvəl Yaponiya hökuməti bildirib ki, Şimali Koreya iyunun 4-dən əvvəl peyk daşıyıcısı buraxmaq planı barədə Tokionu məlumatlandırıb. Buraxılış ballistik raket texnologiyasından istifadəni nəzərdə tuta bilər ki, bu da BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulmasıdır.

Seul sammitinin başlanğıcında Kişida Şimali Koreyanı planlaşdırılan peyk buraxılışını ləğv etməyə çağırıb. Eyni zamanda sammitin sədri Yun bunun regional və qlobal sülh və sabitliyi təhlükə altına atacağını bildirib.

Eyni zamanda, Li qeyd edib ki, Çin, Yaponiya və Cənubi Koreyanın rolu "inkişafı təşviq etmək, Şərqi Asiyada əməkdaşlığı gücləndirmək, regionda və dünyada sülh və rifahı təmin etməkdir”.

Şimali Koreya Çinlə münasibətləri dərinləşdirməyə çalışır, Yaponiya və Cənubi Koreya isə Pekinin hərbi "iddiaları”nı tənqid edərək təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirir.

İqtisadi cəbhədə üç lider COVID-19 pandemiyası səbəbindən 2020-ci ilin əvvəlində dondurulmuş üçtərəfli azad ticarət sazişi üzrə danışıqları bərpa etmək istəyir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->