Xəbər lenti

​Yaponiyada sərnişin avtobusu su anbarına düşüb, 5 nəfər ölüb
Ölkə17:02 29.05.2016

​Yaponiyada sərnişin avtobusu su anbarına düşüb, 5 nəfər ölüb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yaponiyanın Osaka perfekturasında içərisində 23 nəfərin olduğu sərnişin avtobusu su anbarına düşüb, 5 nəfər həyatını itirib.

“Report” xəbər verir ki, bu barədə yerli həkim və polislərə istinadən “Japan Times” nəşri yazıb.

İnsident Kavatinaqano şəhəri yaxınlığında baş verib. Gəzintidən sonra yerli tikinti şirkəti əməkdaşlarını aparan avtobus 10 metr hündürlükdən suya düşüb.

Bir neçə nəfər avtobusdan çıxa bilib, hətta onlardan biri üzərək sahilə gəlib. Bütün sərnişinlər xəstəxanaya yerləşdirilib. Zərərçəkənlərdən biri ağır vəziyyətdədir.

Qaynarinfo.az