Xəbər lenti

Yaponiyada yolun 30 metrə yaxın hissəsi çöküb – VİDEO
Ölkə19:27 09.11.2016

Yaponiyada yolun 30 metrə yaxın hissəsi çöküb – VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yaponiyanın Fukuoka şəhərində yolun çökməsi nəticəsində nəhəng dərə əmələ gəlib. 

Yaranan dərənin uzunluğu 30 metr, eni 27 metr, dərinliyi isə 15 metrdir.  

Yerli hakimiyyət nümayəndələrinin sözlərinə görə, qruntun çökməsinin səbəbi yeraltı inşaat işləri ola bilər.

Qeyd edilir ki, yaxınlıqda yerləşən evlər işıqsız qalıb. Şahidlər hadisə yerində qaz iyinin hiss olunduğunu bildiriblər. Yaxınlıqda yerləşən evlərin sakinləri təxliyyə edilib. (oxu.az)

Qaynarinfo.Az