
14.33
Həkimlər bu günkü atışmada yaralanmış Səbail Rayon Polis İdarəsi rəisinin əməliyyat işləri üzrə müavini Orxan Axundzadənin həyatını xilas ediblər.
Xatırladaq ki, rəis müavini onların təqib etdikləri “Toyota Prado” avtomobilindən açılan atəşlə yaralanıb.
"Qaynarinfo"nun virtualaz.org-a istinadən verilən məlumatına görə, Orxan Axundzadə sağ ayağından güllə yarası alıb və onun vena damarı zədələnib. Polis zabiti dərhal M.A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə yerləşdirilib.
Əməliyyat altı saatdan çox davam edib.
***
Bugünkü atışmada yaralanmış Sabail Rayon Polis İdarəsi rəisinin əməliyyat işləri üzrə müavini Orxan Axundzadənin həyatı təhlükə qarşısındadır.
Bu barədə virtualaz.org-a məlumatlı mənbədən bildiriblər.
Sağ ayağından güllə yarası alan Orxan Axundzadə vena damarı zədələndiyindən çoxlu qan itirib.
Düzdür, həkimlər altı saatdan çox davam edən əməliyyat nəticəsində onun həyatını xilas edə biliblər. Amma yaralının vəziyyəti ağır olaraq qalır.
Qaynarinfo.Az