XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Yararsız bina, köçürülən şöbələr: 3 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanseri bağlanır?
Ölkə15:09 24.08.2026

Yararsız bina, köçürülən şöbələr: 3 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanseri bağlanır?

3 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanserinin fəaliyyətinin dayandırılacağı iddia olunur.

Qaynarinfo-nun Oxu.Az-a istinadən məlumatına görə, təxminən bir ay əvvəl dispanserin Yoluxucu və Dəri şöbələri Hövsan qəsəbəsində yerləşən xəstəxanaya köçürülüb.

Məlumatda vurğulanıb ki, hazırda müəssisədə yalnız Poliklinika şöbəsi fəaliyyət göstərir.

Qeyd olunub ki, dispanserin baş həkimi məzuniyyətə getməzdən əvvəl müəssisənin də bağlanacağını bildirib:

"Əmri gözləyirik, bura da bağlanacaq".

Məlumata əsasən, dispanserdə mövcud şərait qənaətbəxş deyil, binanın vəziyyəti yararsızdır. Bağlanma səbəbi şəraitlə bağlıdır.

Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.