Xəbər lenti

Yardımlı “Dost İşi Mərkəzi”ndə qanunsuzluq
Ölkə07:36 03.03.2020

Yardımlı “Dost İşi Mərkəzi”ndə qanunsuzluq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Yardımlı rayonunda "Dost İşi Mərkəzi”ndə qanunsuzluq baş alıb gedir".
Qaynarinfo xəbər verir ki, bu barədə Elman Eldaroğlu özünün sosial səhifəsində məlumat verib. 
O, bildirib ki, Yardımlı rayonunda fəaliyyət göstərən "DOST İş Mərkəzi”ndə çalışanların böyük əksəriyyəti ayrı-ayrı müəssisələrdə işlədiyindən işə gəlmir:
"Prezident İlham Əliyevin 30 oktyabr 2018-ci il tarixli sərəncamı ilə 2019-2030-cu illər üçün ölkəmizdə işsiz və iş axtaran vətəndaşların müvəqqəti məşğulluğu üçün haqqı ödənilən ictimai işlər mexanizmi müəyyən edilib. Mexanizmin şəffaf şəkildə qurulub fəaliyyət göstərməsindən ötrü "İşsizin DOSTu” proqramı ilə əsasında "DOST İş Mərkəzi” yaradılıb. İşsizlik probleminin qismən də olsa, aradan qaldırılması naminə bu, çox gözəl mexanizmdir. Di gəl ki, bu mexanizmdən şəxsi məqsədlər üçün istifadə edənlər də tapılır. Məsələn, Yardımlı rayonunda 2020-ci ilin yanvar ayı üzrə 230 adam sözügedən mərkəzdən məvacib alıb. Amma Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytındakı siyahıda isə adıçəkilən şəxslərin bir hissəsi həqiqətən orada çalışsalar da, bir çoxu rayon sakini olmasına baxmayaraq, kənar bölgələrdə məskunlaşıb. Daha bir hissəsi isə adları müxtəlif müəsissələrdə qeydiyyatda olsa da, işə gəlmirlər. Mən hələ siyahıdəkı yüksək təqaüd alan insanlardan, ikinci iş yeri kimi bu proqramdan istifadə edən adamlardan söhbət açmıram”. 
Elman Eldaroğlu vuğulayıb ki, Prezident bu mexanizmi heç yerdən gəliri olmayan, kasıb, imkansız təbəqənin bəhrələnməsi üçün nəzərdə tutub:
"Axı bu gün Yardımlıda evinə bir qəpik də olsun maddi vəsait daxil olmayan ailələr var. Onlar el-oba adamlarının verdiyi yardımla yaşayırlar. Həmin işlərə belə adamlar çəlb olunmalıdır. Yerlərdə möhtərəm Prezidentin bu humanist addımından sui istifadə edənlər var. Mən bu işə nəzarət edən insanlara müraciət edirəm. Allah eşqinə, məzlumların haqqının özlərinə qaytarılmasında yardımçı olun”.
Bahar Rüstəmli