Xəbər lenti

Yardımlıda meşə zolağının söndürülməsinə təyyarə və helikopterlər cəlb olunub (YENİLƏNİB)
Ölkə08:25 05.07.2018

Yardımlıda meşə zolağının söndürülməsinə təyyarə və helikopterlər cəlb olunub (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yardımlı rayonunun Şıxlı kəndində meşə zolağında baş verən yanğın davam edir.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası və Aviasiya dəstəsinin "Mi-17" yanğınsöndürmə helikopteri və "BE 200 ÇS” amfibiya təyyarəsi söndürmə işlərinə cəlb olunub.
Əlavə məlumat veriləcək.
10:44 
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Yardımlı rayonunun Şıxlar kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə meşə zolağında yanğın başlayıb.
Qaynarinfo xəbər verir ki, hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və texnikası, Meşə Təsərrüfatı İdarəsinin əməkdaşları və yerli əhali hadisə yerindədir.
Yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.