Xəbər lenti

İdman 18:56 08.02.2024

Yarımfinala yüksələn ilk komanda "Zirə" oldu

Futbol üzrə Azərbaycan Kubokunda yarımfinala yüksələn ilk komanda "Zirə” olub.

Qaynarinfo-nun məlumatına görə, qəsəbə təmsilçisi 1/4 finalda "Səbail”i üstələyib.

İlk görüşdə səfərdə 2:1 hesablı qələbə qazanan Rəşad Sadıqovun kollektivi uğurlu çıxışını cavab qarşılaşmasında da davam etdirib. Rəqibini bu dəfə 3:0 hesabı ilə məğlub edən "Zirə” yarımfinala adlayıb. Komandanın qollarını Abbas İbrahim (4-cü dəqiqə), Rəhim Sadıxov (42) və Rafael Utziq (74) vurublar.

"Zirə”nin yarımfinaldakı rəqibi "Qəbələ” – "Araz-Naxçıvan” cütünün qalibi olacaq. Komandalar sabah cavab görüşünə çıxacaqlar. "Dalğa Arena”da gerçəkləşən ilk matçda 1:1 hesabı qeydə alınıb.

Qeyd edək ki, yarımfinal mərhələsinin oyunları aprelin 2-də və 23-də keçiriləcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->