Yas mərasimlərində ehsan vermək illərlə kök salmış adət-ənənənin bir parçasıdır.
İnsanlar bu ənənəni pozmağın günah və ya hörmətsizlik olacağından qorxurlar. Cəmiyyətin "el nə deyər" təzyiqi, maddi imkanı olmayanları belə borca girməyə məcbur edir. Halbuki bu mərasimin məqsədi yas sahibinə yük deyil, dəstək olmaqdır.
Baku TV paytaxt sakinləri arasında "Yas süfrələrində israfçılıqdan niyə əl çəkə bilmirik?" sualı ilə sorğu keçirərək vətəndaşların məsələyə münasibətini öyrənib.
Sakinlər "Yas mərasimi təmtəraqlı olmamalıdır. Camaat elə bil yeyib-içməyə gəlir", "Bu, vərdişlə bağlıdır. İnsanlar bu adətdən uzaqlaşmaqda çətinlik çəkirlər" kimi fikirlər səsləndiriblər.
Şərhlər