Xəbər lenti

“Yaşam” Tibb Mərkəzində nə baş verir?
Ölkə07:20 26.08.2014

“Yaşam” Tibb Mərkəzində nə baş verir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tibb Mərkəzi hər həftə qiymətləri qaldırsa da, keyfiyyətli xidməti aşağı endirir

Azərbaycanda hər gün yağışdan sonra artan göbələklər kimi çoxalan tibb mərkəzləri adətən reklam hesabına müştəri toplasalar da, sonradan pasientlər onlardan üz döndərməli olurlar. Elə bu səbəbdəndir ki, hazırda insanların çox nicat axtraşı üçün İrana üz tumalı olublar. 

JAM.AZ xəbər verir ki, Bakıda fəaliyyət göstərən “Yaşam” Tibb Mərkəzi də elə yuxarıda sadalanan və reklam hesabına ayaqda duran klinikalardan biridir. Qeyd edək ki, bu tibb mərkəzi əsasən hamilə qadınlar və sonsuzluq problemlərinin aradan qaldırılması sahəsi üzrə ixtisaslaşıb. Ölkənin “ən məşhur” həkimlərini bir araya gətirmiş klinika bunun müaqbilində xəstələrin və ya onlardan ümid gözləyən şəxslərin etibarından sui-istifadə edərək, ciblərinə girir. 

Məlumata görə, “Yaşam”a hər gün onlarla ailə müraciət edir. Ümid edirlər ki, reklamda olduğu kimi, klinika onların valideyn olmalarına vəsilə olacaq. Amma “Yaşam”ın başında dayananlar onların ümidlərini bir kənara qoyub, daha çox pulu necə qazanmaq barədə düşünür. Elə bu səbəbdəndir ki, klinikada qiymətlər hər gün dəyişir. Özəl olduğundan kimsə bir söz də deyə bilmir. Nəticədə, ötən həftə 25 manata olan USM müayinəsi, bir həftə sonar artaraq 35 manata qalxıb.

Verilən məlumatlarda o da deyilir ki, “Yaşam”da həmçinin analizlərdən də şikayətçi olanlar çoxdur. Çünki analizlərin keyfiyyətsizliyi bir tərəfə, qiyməti də həddindən artıq bahaya gəlib çıxır. Yanlış və qeyri-müəyyən analizlərin nə kimi fəsad doğuracağı isə sirr deyil.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. 

Qaynar.info