Xəbər lenti

Yasamalda evdən 17 min manat pul və 20 min manatlıq qızıl oğurlandı
Ölkə14:07 01.12.2016

Yasamalda evdən 17 min manat pul və 20 min manatlıq qızıl oğurlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı sakininin evindən 17 min manat pul və qızıl-zinət əşyaları oğurlanıb.

Hadisə Yasamal rayonu, 2-ci Alatava ərazisində yerləşən fərdi yaşayış evində qeydə alınıb.

Belə ki, 1973-cü il təvəllüdlü Nazim Hacıyevə məxsus fərdi yaşayış evində heç kimin olmadığı müddətdə naməlum şəxs və ya şəxslər pəncərəni açmaqla içəri daxil olublar və oradan 17 min manat pul və 20 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıblar.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.(Report)

Qaynarinfo.Az