Xəbər lenti

Yasamalda qaz yoxdur, Xətaidə isə su
Ölkə19:10 29.11.2018

Yasamalda qaz yoxdur, Xətaidə isə su

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakının bir sıra rayonlarında təbii qazın və suyun verilişində fasilələr müşahidə olunmaqdadır. Misal üçün, Yasamal rayonunda qaz verilişi məhdudlaşdırılıb.
"Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev virtualaz.org-a bildirib ki, Yasamal rayonunda qaz verilişində fasilələrin yaranmasına səbəb qaz kəmərində baş vermiş qəzadır.
Belə ki, dünən saat 22:00-da tikinti şirkətlərindən biri gördüyü işin gedişində qaz kəmərini zədələyib. Nəticədə, nəzərə çarpan qaz sızması baş verib və "Azəriqaz”ın mütəxəssisləri bütün rayonun qaz təchizatını dayandırmağa məcbur olublar.
İbrahim Kərbalayevin sözlərinə görə, qaz verilişi yaxın saatlarda təmir işləri başa çatan kimi bərpa olunacaq.
Eyni zamanda, üç sutkadır ki, Xətai rayonunda su verilişində problemlər yaşanmaqdadır.
"Azərsu”dan bildirildiyinə görə, məhdudiyyət Xətai rayonunda yaradılmış yeni su kəməri şəbəkəsinin magistral kəmərlərə birləşdirilməsi üzrı görülən işlərlə əlaqədardır.
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!