Xəbər lenti

Yaşamaq üçün dünyanın ən bahalı şəhərlərinin adı açıqlanıb
Ölkə11:22 10.03.2016

Yaşamaq üçün dünyanın ən bahalı şəhərlərinin adı açıqlanıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sinqapurun eyniadlı paytaxt şəhəri ardıcıl 3-cü dəfə yaşamaq üçün dünyanın ən bahalı şəhəri seçilib.

Report xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Economist Intelligence Unit" elmi-tədqiqat mərkəzinin dərc etdirdiyi dünya şəhərlərində yaşayışın dəyəri barədə növbəti araşdırmasında məlumat verilir.

Hesabatda qida məhsulları, geyim, ev əşyaları, kosmetik, ev kirayəsi, nəqliyyat xərcləri, məktəb və uşaq bağçasına ödənişlər kimi 160 adlı məhsul və xidmətin qiyməti nəzərə alınıb.

Araşdırmanın nəticələrinə görə, Sinqapurda nəqliyyat xərcləri Nyu Yorkdakından 2,5 dəfə baha başa gəlir. Siyahıda ilk üçlüyə, həmçinin Sürix və Honkonq daxil olub.

İlk onluqda eyni zamanda Paris, London, Nyu York, Kopenhagen, Seul və Los-Anceles də var.

Qaynar.info