Xəbər lenti

Yaşar Cəfərlini döydülər (OLAY)
Ölkə18:47 02.04.2013

Yaşar Cəfərlini döydülər (OLAY)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hərbi ekspert Yaşar Cəfərliyə hücum olub. Bu barədə məlumatı "Deyerler.org"a Yaşar Cəfərli özü verib. Onun sözlərinə görə, evinə gedərkən bir qrup şəxs binanın önündə ona hücum çəkərək döyüblər. 

Qonşuların köməkliyi ilə Yaşar Cəfərlini hücum edən şəxslərin əlindən almaq mümkün olub. Hücum edənlərdən biri qonşular tərəfindən saxlanılaraq 29-cu polis bölməsinə təhvil verilib. Yaşar Cəfərli 29-cu polis bölməsində olub və hadisənin necə baş verməsi barədə polisə məlumat verib.

Yaşar Cəfərli deyib ki, ona qarşı hücum Müdafiə Nazirliyi tərəfindən təşkil olunub./Deyerler.Org/