Xəbər lenti

Yaşlandığını hiss edən xanımlara MƏSLƏHƏT
Ölkə19:59 22.02.2016

Yaşlandığını hiss edən xanımlara MƏSLƏHƏT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Stres və pis əhval-ruhiyyə qadınların cavanlığına və gözəlliyinə mənfi təsir göstərir. Buna görə də əksər xanımlar 30 yaşdan sonra yaşlanmanın ilk əlamətlərini hiss etməyə başlayırlar.

Bu kimi mənfi əlamətlərdən uzaq olmaq üçün özünüzə diqqət yetirməlisiniz. 

Qaynar.info big.az-a istinadən bildirir ki, bunun üçün köməyinizə zərdəçal bitkisi çatacaq. Zərdəçal sarıkökə bənzəyən ədviyyatdır, faydalıdır.

Zərdəçal cavanlığınızı qoruyub saxlamaq üçün sizə kömək edəcək.

Gücünüzü və enerjinizi itirdiyiniz zaman yorğunluq əlaməti olaraq başınız ağrımağa başlayır. Baş ağrıları da öz növbəsində insanı depressiyaya salır. Zərdəçal orqanizmdəki bütün mənfi stres əlamətlərini yox edir, beyni sakitləşdirir.

Zərdəçalı xəstəliklərin müalicəsində də istifadə edə bilərsiniz. Südə zərdəçal və qara istiot əlavə edib içsəniz soyuqdəymədən xilas ola bilərsiniz.

Məşqdən əvvəl 1 stəkan suya zərdəçal qatıb için. Bu, sizi daha enerjili və güclü edəcək. Çünki zərdəçal qanın normal fəaliyyətini təmin edir. İdmandan sonra zərdəçal əzələlərinizi də möhkəmləndirir, orqanizmin tonusunu normallaşdırır.

Qaynar.info