Xəbər lenti

Yataqxana otaqları satışa çıxarılıb? - "Qaçqınkom"dan açıqlama
Ölkə07:40 09.02.2021

Yataqxana otaqları satışa çıxarılıb? - "Qaçqınkom"dan açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (Qaçqınkom) Bakıda yataqxanalarda məcburi köçkünlərin yaşadıqları otaqların satışa çıxarılması barədə yayılan məlumatlara münasibət bildirib.
Dövlət Komitəsinin mətbuat xidmətindən Qaynarinfo-ya bildirilib ki, Bakı şəhərindəki yataqxanalarda məcburi köçkünlərin yaşadıqları otaqları satışa çıxarması barədə məlumatlar yayılıb:
"Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bununla əlaqədar olaraq bildirir ki, məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları yataqxanalarn dövlət komitəsinə heç bir aidiyyatı yoxdur".