Xəbər lenti

Yaxın 2-3 gündə ölkədə hava necə olacaq?
Ölkə09:28 12.12.2017

Yaxın 2-3 gündə ölkədə hava necə olacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərbaycan ərazisində yaxın 2-3 gündə hava şəraiti sabit keçəcək”.
Qaynarinfo xəbər verir ki, bunu "Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
O bildirib ki, dekabrın 13-14-də ölkə ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir: "Lakin bəzi şərq rayonlarında qısa müddətli yağış yağacağı ehtimalı var. Temperatur rejimində mühüm bir dəyişiklik gözlənilmir. Şərq küləyi üstünlük təşkil edəcək”.