Xəbər lenti

Yaxın iki gündə hava necə olacaq?
Ölkə07:25 29.07.2017

Yaxın iki gündə hava necə olacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Yaxın iki gün ərzində Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyinin üstünlüyü müşahidə olunacaq".

"Qaynarinfo" xəbər verir ki, bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.

O xatırladıb ki, bir neçə gündür ölkə ərazisində isti hava şəraiti müşahidə olunur: "Hazırda müşahidə olunan hava şəraitinin ayın sonunadək davam edəcəyi gözlənilir. Havanın maksimal temperaturu 35-40, Mərkəzi Aran rayonlarında, eləcə də Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində isə 42 dərəcəyədək yüksələcək".

G.Məmmədova bildirib ki, Bakıda və Abşeron yarımadasında növbəti iki gün ərzində hava şəraiti yağmursuz keçəcək: "Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun isə 31-36 dərəcə arasında dəyişəcəyi gözlənilir".

Qaynarinfo.Az