Xəbər lenti

Yaxınları 19 yaşlı şəhidin dəfninə hazırlaşırlar - FOTO
Ölkə13:36 08.04.2014

Yaxınları 19 yaşlı şəhidin dəfninə hazırlaşırlar - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ötən ilin oktyabr ayında həqiqi hərbi xidmətə çağırılan Seyfəddin Kərimov mina partlaması nəticəsində dünyasını dəyişib

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində Cəbrayıl rayonunun Cocuq-Mərcanlı kəndi ərazisində mina partlaması nəticəsində dünyasını dəyişən 19 yaşlı Seyfəddin Kərimov doğulduğu Gəncə şəhərində dəfn olunacaq.

Anspress-in bölgə müxbirinin verdiyi məlumata görə, hazırda ailə üzvləri və yaxınları ötən ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə çağırış Üzrə Dövlət Xidmətinin Kəpəz rayon şöbəsindən həqiqi hərbi xidmətə çağırılan şəhidin dəfn mərasiminə hazırlaşırlar. Mərhumun nəşinin axşam saatlarında ailəsinə təhvil veriləcəyi gözlənilir.

Xatırladaq ki, dünən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində Cəbrayıl rayonunun Cocuq-Mərcanlı kəndi ərazisində mina partlaması nəticəsində Ordumuzun 3 hərbçisi ölüb, 6 əsgər ağır yaralanıb. Şəhid olanlar Azərbaycan Ordusunun hərbçiləri - əsgər Novruz Abdullayev, Seyfəddin Kərimov və kapitan Ceyhun Orucəliyev olub. Qeyd edək ki, şəhid olan 19 yaşlı Seyfəddin Kərimov Gəncə şəhər sakinidir. 

Qaynar.info