Xəbər lenti

Yaxınları Dilqəmlə Şahbazı Şuşa həbsxanasında ziyarət edə bilərlər
Ölkə17:16 25.12.2019

Yaxınları Dilqəmlə Şahbazı Şuşa həbsxanasında ziyarət edə bilərlər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qohumları Qarabağ separatçılarının əsirliyində olan Dilqəm Əsgərov və Şahbaz Quliyevi ziyarət edə biləcəklər.
Qaynarinfo virtualaz.org-a istinadən  xəbər verir ki,  "Azadlıq Radiosu”nun erməni xidmətinin məlumatına görə, bu "humanitar aksiya" ilə bağlı danışıqlar son mərhələdədir.
Separatçı "DQR" "Xarici İşlər Nazirliyi"nin rəhbəri Mais Mayilyanın sözlərinə görə, Qarabağda girov götürülən azərbaycanlıların yaxınlarının gəlişi, həbsxanaya baş çəkməsi, habelə Azərbaycanda əsirlikdə olan ermənilərin ailə üzvləri ilə görüşünün təşkilinə dair danışıqlar aparılır.
Hal-hazırda Dilqəm Əsgərov və Şahbaz Quliyev Qarabağda, Şuşa həbsxanasında girov saxlanılır, Ermənistan əsgərləri Arsen Baqdasaryan, Karen Qazaryan və Araik Qazaryan isə Azərbaycanın əlindədir.