Xəbər lenti

Yaxınları Məhəmmədəli ilə vidalaşır... (FOTO/VİDEO)
Ölkə12:14 28.12.2024

Yaxınları Məhəmmədəli ilə vidalaşır... (FOTO/VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
AZAL-ın Aktauda qəzaya uğrayan sərnişin təyyarəsində həlak olan 13 yaşlı Məhəmmədəli Yeganovun nəşi Azərbaycana gətirilib.
"Qafqazinfo”nun məlumatına görə, Məhəmmədəlinin cansız bədənini gətirən təyyarə səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enib.
Mərhum uşağın nəşini hava limanına toplanan hər kəs göz yaşları ilə qarşılayıb.
Yaxınları Məhəmmədəli ilə Xətai rayonunda yerləşən evlərində vidalaşıblar.
Vida mərasimindən sonra mərhum dəfn edilmək üçün Suraxanı rayonundakı Tatar qəbiristanlığına aparılıb.
Qeyd edək ki, Məhəmmədəli futbolçu olub. O, "Gənclik” futbol klubunda oynayıb.
Allah rəhmət eləsin!