Xəbər lenti

Yayım Şurası İctimai Televiziyaya təşəkkür etdi
Ölkə13:39 15.07.2015

Yayım Şurası İctimai Televiziyaya təşəkkür etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün İctimai Televiziya və Radio Yayımları Şurasının iclası keçirilib. Qaynar.info "Azadinform"a istinadən xəbər verir ki, iclasda Bakıda keçirilən I Avropa oyunlarında televiziyanın fəaliyyəti müzakirə edilib. 
Bildirilib ki, Azərbaycan bu yarışı uğurla keçirib, idmançılarımız 56 medal qazanıb və ikinci yeri tutublar. Yayım Şurası "Bakı-2015" I Avropa Oyunlarından əvvəl və oyunların keçirildiyi müddətdə Oyunları operativ və obyektiv şəkildə işıqlandırdığına görə İTV kollektivinə təşəkkür edib. 
Xüsusi qeyd olunub ki, Oyunların işıqlandırılması ilə bağlı bütün istiqamətlərdə sistemləşdirilmiş iş həyata keçirilib və "Carçı" xəbərlər proqramı, "Aktual mövzu", "Müzakirə vaxtı", "Vətənin səsi", "Yeni gün", "Carçıfilm" proqramları vasitəsilə peşəkar yayım həyata keçirib.
Qaynar.info