Xəbər lenti

Yaz fəsli Azərbaycana sabah daxil olacaq
Ölkə09:30 19.03.2020

Yaz fəsli Azərbaycana sabah daxil olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu il Azərbaycana yaz fəsli martın 20-də daxil olacaq.
Qaynarinfo xəbər verir ki, yaz fəslinin ölkəmizə qədəm qoyması sabah yerli vaxtla saat 07:49-a təsadüf edəcək. Bununla da gecə ilə gündüz bərabərləşəcək.
Qeyd edək ki, iyunun 21-də saat 01:43-də yay, sentyabrın 22-də saat 17:30-da payız ölkəmizə daxil olacaq. Bu halda Günəş ekliptika üzrə hərəkət edərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək.
Qış fəsli isə dekabrın 21-də saat 14:02-də Azərbaycana qədəm qoyacaq. Bu zaman Günəş üfüqdən ən minimum nöqtədə olacaq və Günəş şüalarının istiqaməti ilə yerin fırlanma oxu ən böyük bucaq əmələ gətirəcək.