Xəbər lenti

Yaz havası geri qayıdır
Ölkə09:54 15.05.2015

Yaz havası geri qayıdır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sabah Azərbaycanda havanın temperaturu 27 dərəcəyə kimi yüksələcək. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mayın 16-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gün ərzində hava əsasən yağmursuz olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 10-14, gündüz 21-26 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində sabah əksər rayonlarda hava əsasən yağmursuz olacaq. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 22-27, dağlarda gecə 3-8, gündüz 12-17 dərəcə isti olacaq.

Qaynar.info