Xəbər lenti

Yazıçılar Birliyində Əkrəm Əylisliyə görə qan töküldü - OLAY
Ölkə14:55 12.03.2013

Yazıçılar Birliyində Əkrəm Əylisliyə görə qan töküldü - OLAY

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Əsəd Cahangir Elçin Hüseynbəyliyə butulka atdı

17:54

Yazıçılar Birliyində qan tökülüb. Bu dəfə münaqişə birliyin yerləşdiyi binanın 4-cü mərtəbəsində, qurumun ədəbi orqanları olan “Azərbaycan” və “Ulduz” jurnallarının əməkdaşları arasında yaşanıb.

AzNews.az-a daxil olan məlumata görə, dünən axşam saatlarında Yazıçılar Birliyinin 4-cü mərtəbəsində “Azərbaycan” jurnalının redaksiyasında yazıçı Elçin Hüseynbəyli ilə tənqidçi Əsəd Cahangir arasında şiddətli münaqşə baş verib. Münaqişəyə səbəb “Daş yuxular” romanının müəllifi Əkrəm Əylisli olub. Əsəd Cahangirin Əkrəm Əylislini müdafiə edən çıxışı Elçin Hüseynbəylinin narazılığına səbəb olub və nəticədə dava düşüb.

Dava sonunda Əsəd Cahangir Elçin Hüseynbəyliyə tərəf butulka atıb. Butulka divara çırpılaraq Elçin Hüseynbəylinin boğazına tuşlanıb. Bu zaman AYB-in məsul katibi Tofiq Mehdiyev əlini qabağa verdiyindən E.Hüseybəylinin boğazı kəsilməkdən xilas olsa da, sonda T.Mehdiyevin əli doğranıb. T.Meydiyevin əlinə tikiş qoyulub.

Məlumata görə, birlik sədri Anar bu davadan xəbərsizdir. Hər iki tərəf baş verən hadisəni ciddi-cəhdlə hazırda ölkədə olmayan Anardan gizlətməyə çalışır. Tərəflərin bu cəhdinə səbəb isə Yazıçılar Birliyindən uzaqlaşdırılmaq qorxusudur.

18:55

AYB-in mətbuat xidmətinin katibi Ədalət Əsgəroğlu qurumda baş verən olayla bağlı  Publika.az-a açıqlama verib.  “Mən oturmuşam 2-ci mərtəbədə, onlar 4-cü. Mən nə bilim orda nə dava-dalaş olub. Mübahisələr olur hərdən. Qulağıma gəlib çatdı ki, nəsə söz-söhbət olub. Anar müəllim də burda yoxdur, tərs kimi. Sabah dəqiqləşdirib sizə bir söz deyəcəm” - deyə, Ə.Əsgəroğlu bildirib.

Elçin Hüseynbəyli Publika.az-a əvvəlcə hadisədən xəbərsiz olduğunu deyib, amma ona məsul katib Tofiq Mahmudovun yaralandığını xatırladanda cavabı dəyişib: “Hə, bildim nəyi deyirsən. Tofiqin barmağı qapının arasında qalıb, yaralanıb. Mənimlə Əsəd arasında dava olmayıb”.

Tənqidçi Əsəd Cahangirin isə telefon nömrələrinə zəng çatmadığından onun münasibətini öyrənmək mümkün olmayıb.

Qaynar.info