İyunun 4-də yazar Şərif Ağayarın Azərbaycan Yazıçılar Birliyininin katibliyinin qərarı ilə qurumdan çıxarılması etirazla qarşılanıb.
Qaynar.info-nun verdiyi xəbərə görə, artıq baş verənlərə etiraz olaraq AYB-dən istefalar başlayıb.
Son 24 saat ərzində artıq qurumdan 4 istefa gerçəkləşib.
Yazar Babək Göyüş, prezident təqaüdçüləri Ayxan Eyvaz və Mövlud Mövlud Şərif Ağayarın qurumdan çıxarılmasına etiraz olaraq, AYB-dən istefa verdiklərini bəyan ediblər.
Digər yazar Elnaz Eyvazlı da qurumdan istefa verdiyini açıqlayıb. Onun istefasının səbəbi birbaşa Şərif Ağayarla bağlı olmasa da, hadisələr onun qərar verməsini sürətləndirib.
Tanınmış yazarlar Əkrəm Əylisli və Seyran Səxavətin də Şərif Ağayarla bağlı dəstək açıqlamaları ilə çıxış etməsi istefaların daha da genişlənəcəyindən xəbər verir.