Türkiyənin Ali Təhsil Şurasının sədri Yekta Saraç Bakıda səfərdədir.
Qaynarinfo xəbər verir ki, o, səfərinin ilk günündə Azərbaycan Dillər Universitetində olub və burada yaradılan Türk Araşdırma Mərkəzinin açılışında iştirak edib. Qonağa universitetin fəxri doktoru adı verilib. Göstərilən yüksək diqqətə görə qürur hissi keçirdiyini ifadə edən Saraç təhsil sahəsində ölkələrimiz arasındakı əlaqələrə xüsusi önəm verdiklərini vurğulayıb.
Tədbirdə həmçinin Azərbaycanın sabiq baş naziri Novruz Məmmədov, Türkiyənin Azərbaycandakı səfiri Erkal Özoral, təhsil nazirinin müavini İdris İsayev və digər rəsmilər iştirak ediblər.
Qeyd edək ki, Yekta Saraç sabah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşəcək, daha sonra isə Bakı Dövlət Universitetinin yaranmasının 100 illiyi ilə əlaqədar keçirilən tədbirə qatılacaq.
Camal